Miloş Zeman beynəlxalq antiterror qüvvələri yaratmağı təklif edir

Miloş Zeman beynəlxalq antiterror qüvvələri yaratmağı təklif edir
19:18 29 Sentyabr 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+


Praqa, 29 sentyabr, AZƏRTAC
Çexiya Prezidenti Miloş Zeman Nyu-Yorkda BMT Baş Məclisində çıxışı zamanı xüsusi beynəlxalq antiterror qüvvələrin yaradılmasını təklif edəcək.
Çexiya dövləti başçısının sözlərinə görə, bu məsələdə onun fikri ölkədə hökumətin mövqeyindən fərqlənmir. O, hələ Baş Məclisdə çıxışından əvvəl Suriyanın xarici işlər naziri Valid əl-Muallim, habelə bu ölkənin müxalifət təmsilçiləri ilə görüşəcək. Hər iki tərəf Çexiya prezidentinə müraciət edərək onunla görüşmək arzusunu bildirib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milos_Zeman_beynelxalq_antiterror_quvveleri_yaratmagi_teklif_edir-888274

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR