Almaniya hökuməti miqrasiya qanununu sərtləşdirir

Almaniya hökuməti miqrasiya qanununu sərtləşdirir
18:23 29 Sentyabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, Elşad Qəzvini, AZƏRTAC
Bu gün Almaniya hökuməti yeni miqrasiya qanununu qəbul edib.
AZƏRTAC “Frankfurter Allgemeine Zeitung” qəzetinə istinadla xəbər verir ki, yeni miqrasiya qanunu Nazirlər Kabineti tərəfindən səsverməyə qoyularaq təsdiqlənib.
Miqrasiyaya dair yeni qanun layihəsində xüsusi qrup qaçqınların müavinətlərinin məhdudlaşdırılması və təhlükəsiz ölkələrin siyahısının bir qədər də genişləndirilməsi nəzərdə tutulur. Sənəddə sığınacaq almaq qaydaları son dərəcə sərtləşdirilərək müraciət ərizəsinə cavab müddəti qısaldılıb. Bununla yanaşı, sığınacaq məntəqələrin ixtisar edilməsi də öz əksini tapıb.
Qanun layihəsinə görə, ilkin məntəqələrə yerləşdirilən qaçqınlara maliyyə yardımı sosial yardımla əvəzlənəcək. Nəzərdə tutulan cib xərcliyi bir ay üçün hesablanacaq. Müvafiq qrup gəlmələrə isə maddi yardım azaldılacaq.
Sənəddə iqtisadi amilə görə sığınacaq istəyən mühacirlərin Almaniyadan tezliklə çıxarılması və vaxtı uzadılmayan köçkünlərin xəbərdarlıq edilmədən ölkədən deportasiya olunması da yer alıb.
Bildirilir ki, qanun layihəsi oktyabrda Bundestaqda müzakirəyə çıxarılacaq və parlamentarilərin təsdiqindən sonra noyabrın 1-dən qüvvəyə minəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almaniya_hokumeti_miqrasiya_qanununu_sertlesdirir-888276

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR