KİV: Forumun Sverdlovskda keçirilməsi Rusiya-Azərbaycan əməkdaşlığının inkişafında Uralın yüksək potensialının təsdiqidir

KİV: Forumun Sverdlovskda keçirilməsi Rusiya-Azərbaycan əməkdaşlığının inkişafında Uralın yüksək potensialının təsdiqidir
19:23 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Moskva, 29 sentyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, sentyabrın 30-da Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində VI Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayacaq.
Yerli mətbuat belə bir mötəbər forumun məhz Sverdlovskda keçirilməsini Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında Ural zonasının yüksək potensialının təsdiqi kimi qiymətləndirir. Forum ərəfəsində yerli mtbuat vilayətin qubernatoru Yevgeni Kuyvaşevin 2014-cü ildə Azərbaycana səfəri və Prezident İlham Əliyev ilə görüşü barədə yazır. Qubernator Y.Kuyvaşevin sözlərinə görə, Sverdlovsk ilə Azərbaycan arasında uzunmüddətli əməkdaşlıq üçün bütün imkanlar, habelə iri layihələrin reallaşdırılmasına qarşılıqlı maraq var.
Sverdlovsk qubernatorunun informasiya siyasəti departamentinin məlumatına görə, Y.Kuyvaşev “Regionlararası əməkdaşlığın nəticələri və perspektivləri” mövzusunda geniş iclasda iştirak edəcək. Tədbirdə Rusiya Prezidentinin köməkçisi İqor Litvinin, bu ölkənin iqtisadi inkişaf nazirinin müavini Aleksandr Sıbulskinin və digər rəsmi şəxslərin iştirakı gözlənilir.
Forum çərçivəsində Rusiya-Azərbaycan Gənclər Forumu keçiriləcək, eləcə də bir sıra aktual mövzularda “dəyirmi masa”lar təşkil olunacaq.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/KIV_Forumun_Sverdlovskda_kechirilmesi_Rusiya_Azerbaycan_emekdasliginin_inkisafinda_Uralin_yuksek_potensialinin_tesdiqidir-888277

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR