Yanan evlərin təmiri üçün xeyriyyə marafonu keçiriləcək

Yanan evlərin təmiri üçün xeyriyyə marafonu keçiriləcək
19:27 29 Sentyabr 2015
60 Digər
Ölkə mətbuatı
A- A+

Sentyabrın 27-də gecə saatlarında Qubada baş verən yanğının fəsadlarının aradan qaldırılması üçün rayon rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılıb.

RTV (Region TV) xəbər verir ki, rayon rəhbərliyi və komissiyanın üzvləri hadisə yerinə baxış keçirib. Onlar 4 evin sahibinə dəymiş ziyanı hesablayacaq. Bundan sonra isə əhalinin də maddi dəstəyi ilə zərərçəkənlərin evlərinin bərpa edilməsinə başlanacaq.

Ötən bazar günü axşam saatlarında başlayan yanğın rayonun Heydər Əliyev prospektində yaşayan 4 ailənin evini əhatə edib. Bir ailənin evi isə əşyaları ilə birgə tamamilə yanıb.

İlkin ehtimala görə, yanğın qısa qapanma nəticəsində baş verib. Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra bilinəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/372185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR