Heydər Əliyev adına neft emalı zavodunda təqdimat mərasimi keçirilib

Heydər Əliyev adına neft emalı zavodunda təqdimat mərasimi keçirilib
19:38 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Heydər Əliyev adına neft emalı zavodunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neftçilər günü ərəfəsində keçirdiyi “İlin ən yaxşısı” baxış-müsabiqəsinin təqdimat mərasimi olub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə zavodun direktoru Elman İsmayılov müəssisənin qazandığı uğurlardan söhbət açıb. O qeyd edib ki, SOCAR-ın müəssisələrində çalışan əməkçilər arasında peşələr üzrə keçirilən “İlin ən yaxşısı” baxış-müsabiqəsində “Ən yaxşı emalçı” nominasiyası üzrə builki müsabiqədə zavodun istehsal proseslərində fərqlənən bir neçə işçisi iştirak edib. SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin rəhbərlik etdiyi Müsabiqə Komissiyası namizədlərin fəaliyyətini dərindən araşdırıb və “Ən yaxşı emalçı” adına Heydər Əliyev adına neft emalı zavodunun 3 saylı istehsalatının katalitik riforminq üzrə 31 nömrəli qurğusunun rəisi Hüsaməddin Əliyevi layiq görüb. Zavodun direktoru H.Əliyevi iştirakçılara təqdim edib, mərasimdə iştirak edənlər qalibi təbrik edərək ona gələcək işlərində daha böyük uğurlar arzulayıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev_adina_neft_emali_zavodunda_teqdimat_merasimi_kechirilib-888289

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR