Azərbaycanın U-17 komandası Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində birinci oyununu keçirib

Azərbaycanın U-17 komandası Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində birinci oyununu keçirib
19:38 29 Sentyabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Futbol üzrə on yeddi yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması sentyabrın 29-da ilk oyununu keçirib.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, Çexiya yığması ilə qarşılaşan komandamız 1:4 hesabı ilə məğlub olub.
Yığmamız seçmə mərhələdə növbəti oyununu oktyabrın 1-də Bakı vaxtı ilə saat 23:00-da Belçika komandasına qarşı keçirəcək.
Komandamızın mübarizə apardığı 6-cı qrupun oyunları Belçikada təşkil olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_U_17_komandasi_Avropa_chempionatinin_ilkin_sechme_merhelesi_cherchivesinde_birinci_oyununu_kechirib-888286

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR