Avropa İttifaqı və Çin “5G” sahəsində əməkdaşlığa dair saziş imzalayıblar

Avropa İttifaqı və Çin “5G” sahəsində əməkdaşlığa dair saziş imzalayıblar
19:53 29 Sentyabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) və Çin arasında beşinci nəsil mobil rabitə standartlarının (5G) birgə inkişafına dair saziş bağlanıb. Sazişi Çinin sənaye və informasiya texnologiyaları naziri Mao Vey və rəqəmli iqtisadiyyat üzrə Avropa komissarı Günter Ottinger imzalayıblar.
AZƏRTAC "Telekomza” saytına istinadla xəbər verir ki, əməkdaşlıq çərçivəsində dünyanın iki böyük bazarı bir-birinin tədqiqat resurslarından yararlanmaq, eləcə də Avropa və Çin şirkətləri birgə maliyyələşmədən istifadə imkanı əldə edəcək. Tərəflər həmçinin yeni standartlar üzərində işi və tezliklərin bölüşdürülməsini bir-birini məlumatlandırmaqla həyata keçirəcək. Bundan başqa, təkcə “5G” deyil, həm də “Əşyaların interneti” kimi aktual texnologiyalar sahəsində birgə tədqiqat layihələrinin yaradılması nəzərdə tutulur. Bu ilin sonunadək “5G” üzrə ümumi fəaliyyət planının yaradılması planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_Ittifaqi_ve_CHin_5G_sahesinde_emekdasliga_dair_sazis_imzalayiblar-888296

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR