Dövlət yardımından bəhrələnən göyçaylı fermerlər əkin sahələrini və məhsuldarlığı ildən-ilə artırırlar

Dövlət yardımından bəhrələnən göyçaylı fermerlər əkin sahələrini və məhsuldarlığı ildən-ilə artırırlar
19:53 29 Sentyabr 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+


Göyçay, 29 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Aqrar sahəyə dövlət qayğısının daim artması nəticəsində respublikanın hər yerində olduğu kimi Göyçay rayonunda da kənd təsərrüfatı sahəsində əhəmiyyətli dirçəliş hiss edilir. Dövlət yardımından bəhrələnən göyçaylı fermerlər kənd təsərrüfatı məhsullarının əkin sahəsini və məhsuldarlığı ildən-ilə artırırlar.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamı Göyçayda uğurla icra olunur. Bununla əlaqədar rayonda yaradılan xüsusi komissiya bu ilin əvvəlində 1737 torpaq mülkiyyətçisinə buğda əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına 188 min 272 manat maddi yardım hesablayıb və həmin vəsait plastik kartlar vasitəsilə sahiblərinə çatdırılıb. Bundan əlavə, rayon komissiyası tərəfindən buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli qərarı ilə təsdiqlənmiş sənədin icrasına uyğun olaraq cari ilin mayında rayonun 6053 torpaq mülkiyyətçisinə əkin sahələrinin becərilməsinə görə 942 min 72 manat maddi yardım hesablanıb. Hazırda həmin vəsait “Kapitalbank” vasitəsilə fermerlərə verilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_yardimindan_behrelenen_goychayli_fermerler_ekin_sahelerini_ve_mehsuldarligi_ilden_ile_artirirlar-888294

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR