Sinqapurda Cənub-Şərqi Asiyanın ən böyük “3D” çap fabriki istifadəyə verilib

Sinqapurda Cənub-Şərqi Asiyanın ən böyük “3D” çap fabriki istifadəyə verilib
19:58 29 Sentyabr 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
“Ultra Clean Technology” (UCT) yarımkeçirici istehsalı şirkəti Sinqapurda Cənub-Şərqi Asiyanın ən böyük “3D” çap fabrikini istifadəyə verib.
AZƏRTAC “newsru.com” saytına istinadla xəbər verir ki, Vudlends regionunda yerləşən fabrik “3D” çap xidmətləri spektri, o cümlədən fiziki obyektin qat-qat virtual yaradılması, “3D” mühəndislik xidmətləri, tam texniki xidmət, istehsal, eləcə də virtual anbar proqramı təklif edir.
“UCT” şirkətinin nümayəndələri fabrikdən istehsalın başlamasını “3D” çap sifarişçisinin bütün tələblərinin kütləvi şəkildə ödənilməsi sahəsində inqilabi addım kimi qiymətləndirirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sinqapurda_Cenub_Serqi_Asiyanin_en_boyuk_3D_chap_fabriki_istifadeye_verilib-888297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR