Azərbaycan ilə Gürcüstan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycan ilə Gürcüstan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq əlaqələri genişlənir
19:58 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
Sevda Məmmədəliyeva bildirib ki, iki ölkə arasında mədəniyyət sahəsində olduğu kimi, turizm sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Görüşdə iki ölkənin mədəniyyət və incəsənət xadimlərinin qarşılıqlı səfərləri, birgə turizm marşrutlarının inkişafı və digər məsələlər ətrafında müzakirələr aparılıb.
​Səmimi qəbula görə nazir müavininə təşəkkürünü bildirən səfir Teymuraz Şaraşenidze, ölkələrimiz arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın bundan sonra da uğurlu inkişafına inamını ifadə edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ile_Gurcustan_arasinda_medeniyyet_ve_turizm_sahelerinde_emekdasliq_elaqeleri_genislenir-888298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR