Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirlərinin 5-ci görüşü keçirilib

20:12 29 Sentyabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 20:10 ]

Bakı. Türbət Bağırova-APA. Astanada Qazaxıstan Respublikasının milli iqtisadiyyat naziri Erbolat Dosayevin rəhbərliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirlərinin 5-ci görüşü keçirilib.

APA-nın “zakon.kz” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Milli İqtisadiyyat nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Görüşdə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci, Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, Qırğızıstan iqtisadiyyat nazirinin müavini Daniyar İmanəliyev və Şuranın baş katibinin müavini Ömər Koçaman iştirak edib.

 

Türkdilli ölkələr arasında çoxtərəfli ticarət-iqtisadi əlaqələri, investisiya mühitinin yaxşılaşdırılması üçün işçi qruplarının qarşılıqlı fəaliyyəti, iqtisadiyyatın diversifikasiyası, sahibkarlığın inkişafı, birgə investisiya fondunun yaradılması kimi məsələlər görüşün gündəliyində əsas yer tutub.

 

Görüşün sonunda Şuraya üzv ölkələrin dövlət orqanları arasında investisiya statistikası sahəsində əməkdaşlıq, investisiya mühiti barədə təcrübə mübadiləsi, eləcə də, kiçik və orta sahibkarlığın inkişafı  barədə Anlaşma memorandumları imzalanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR