Zərdabda sahibkarlar üçün treninq təşkil olunub

Zərdabda sahibkarlar üçün treninq təşkil olunub
20:13 29 Sentyabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zərdabda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” və “Marketinq araşdırmalarının aparılması” mövzularını əhatə edən treninqdə ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, marketinq anlayışı, marketinqin növləri və prinsipləri, marketinqin istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi və sair barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Həmin gün Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhər 1 saylı peşə məktəbində gənclər üçün treninq keçirilib.
“Biznes planların hazırlanması” mövzusunu əhatə edən treninqdə biznes ideyanın yaradılması, biznes plan və onun tərtib olunması, istehsalat planı və sair barədə ətraflı məlumat verilib.
Bundan başqa, treninqlərdə iştirakçılar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, saytların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və sair barədə məlumatlandırılıblar.
Tədbirlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zerdabda_sahibkarlar_uchun_treninq_teskil_olunub-888313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR