Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

19:38 29 Sentyabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC 
Sentyabrın 29-da Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə rəsmi qəbul təşkil edib.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Musaid bin İbrahim bin Abdullah Əl-Səlim Səudiyyə Ərəbistanının inkişaf tarixi barədə məlumat verib. Səudiyyə Ərəbistanı ilə Azərbaycanı qardaşlıq əlaqələrinin birləşdirdiyini deyən səfir bu əlaqələrin qarşılıqlı hörmətə, səmimiyyətə, İslam irsinə və müştərək tarixə əsaslandığını bildirib.
Diplomat əlaqələrimizin qurulmasında ümummilli lider Heydər Əliyevin rolunu vurğulayıb. O əlavə edib ki, ikitərəfli münasibətlərin inkişafında Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Azərbaycan Prezidenti İlham Əliyevin mühüm xidmətləri var.
Səfir əmin olduğunu bildirib ki, qardaş ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylər gələcəkdə də davam edəcək.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan Hökuməti adından Səudiyyə Ərəbistanı xalqını təbrik edib, sülh və əmin-amanlıq arzulayıb. Nazir siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini söyləyib. Ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq olduğunu bildirən Şahin Mustafayev bu uğurlu əlaqələrin əsasında yüksək səviyyəli rəsmi nümayəndələrin mütəmadi qarşılıqlı səfərlərinin dayandığını vurğulayıb. O, Azərbaycan Prezidentinin bu ilin aprel ayında Səudiyyə Ərəbistanına səfərinin, hər iki ölkənin hökumətləri arasında əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin əlaqələrimizin genişlənməsinə töhfə verdiyini deyib. Nazir Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, səfirlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Seudiyye_Arebistaninin_milli_bayrami_qeyd_edilib-888328

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR