Podiumda yaxası açıldı - foto

Podiumda yaxası açıldı - foto
20:41 29 Sentyabr 2015
112 Şou
Ölkə mətbuatı
A- A+

Podiumlarda modellərin transparan libaslar üçün alt paltarı geyinməmələri artıq dəb aləminin trendinə çevrilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyada baş tutan Milan Moda Həftəsində isə podiumda gözlənilməz hadisə baş verib. “Fausto Puglisi”nin 2016-cı il üçün yay kolleksiyasının nümayişi zamanı modellərdən biri podiuma çıxarkən köynəyinin yaxası açılıb. Üst hissəsi belinədək açıq olan libasın tamamilə açılması zalda əyləşənləri o qədər də təəccübləndirməyib.

Diqqətçəkən məqam isə modelin sinəsinin görünməməsi üçün silikonlardan istifadə etməsi olub. Modelin həmin vəziyyətdə çəkilmiş fotosu mediada yayıldıqdan sonra müxtəlif fikirlər səsləndirilib. Bəziləri bunun təsadüfən baş verdiyini, digərləri isə reklam xarakterli olduğunu bildirib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=38036

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR