Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Bakı Dövlət Universitetinin fəal gəncləri ilə görüş keçirib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Bakı Dövlət Universitetinin fəal gəncləri ilə görüş keçirib
20:43 29 Sentyabr 2015
138 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) Bakı Dövlət Universitetinin fəal tələbələri ilə görüş keçirib.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə YAP GB Ofisinin fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.
BDU-nun Tələbə Həmkarlar Təşkilatının sədri Daşqın Qənbərov tədbiri açdıqdan sonra YAP GB ofisinin rəhbəri, YAP Gənclər Birliyinin sədr müavini Əli Pənahov qurumun fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib. YAP gənclərinin beynəlxalq əlaqələrindən, ölkəmizdə milli vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində fəallıqlarından danışan Ə.Pənahov ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən bəhs edib. Azərbaycanın ictimai-siyasi həyatında gənclərin fəallığının artmasının əhəmiyyətini qeyd edən Ə.Pənahov, həmçinin onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşünün dərinləşdirilməsi və intellektlərinin formalaşdırılması istiqamətində Gənclər Birliyinin mühüm tədbirlər həyata keçirdiyini, onların səmərəli fəaliyyətə cəlb olunduğunu vurğulayıb.
YAP GB-nin əlaqələndiricisi, partiyanın Səbail rayon təşkilatı gənclər birliyinin sədr müavini Fərid Nəsibov Birliyin reallaşdırdığı dil və liderlik kurslarından, “Siyasi Debat Klubu”ndan və s. layihələrdən danışıb, ilin sonunadək həyata keçiriləcək digər layihələr haqqında məlumat verib.
Sonra müzakirələr aparılıb, YAP Gənclər Birliyinin fəaliyyətinə dair suallar cavablandırılıb.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_Azerbaycan_Partiyasi_Gencler_Birliyi_Baki_Dovlet_Universitetinin_feal_gencleri_ile_gorus_kechirib-888332

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR