Tbilisidə kütləvi informasiya vasitələrinin 12-ci Cənubi Qafqaz konfransı keçirilir

Tbilisidə kütləvi informasiya vasitələrinin 12-ci Cənubi Qafqaz konfransı keçirilir
19:58 29 Sentyabr 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+


Tbilisi, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Tbilisidə kütləvi informasiya vasitələrinin 12-ci Cənubi Qafqaz konfransı işə başlayıb.
Beynəlxalq konfransda Azərbaycanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Milli Televiziya və Radio Şurasının məsul işçiləri, KİV, QHT nümayəndələri və müstəqil ekspertlər təmsil edirlər.
Əsasən rəqəmsal KİV-in inkişafına həsr olunan tədbirdə Cənubi Qafqazda və Avropa ölkələrində KİV-in vəziyyəti, söz, mətbuat azadlığı, rəqəmsal texnologiyaların inkişafının mətbuat azadlığına təsiri, bu sahədə qanunvericilik, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi və s. məsələlər müzakirə olunur.
Konfransın açılışında ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç, Gürcüstanın xarici işlər nazirinin müavini Xatuna Totladze və başqaları çıxış edərək qloballaşan dünyada informasiya mübadiləsinin, mətbuat azadlığının təmin olunmasında rəqəmsal texnologiyaların tətbiqinin vacibliyindən, bu sahədə mövcud olan problemlərdən bəhs ediblər.
Bildirilib ki, rəqəmsal texnologiyaların tətbiqi və rəqəmsal yayıma keçid mətbuatın azadlığında və ictimaiyyətin məlumatlandırılmasında mühüm rol oynayır.
Sonra mövzuya dair çıxışlar olub, ekspertlər və KİV təmsilçiləri məsələ ilə bağlı fikirlərini bölüşüb, təkliflər səsləndiriblər.
Cənubi Qafqaz ölkələrinin KİV nümayəndələrinin, beynəlxalq qurumların və ekspertlərin iştirak etdikləri konfrans sentyabrın 30-da öz işini davam etdirəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tbiliside_kutlevi_informasiya_vasitelerinin_12_ci_Cenubi_Qafqaz_konfransi_kechirilir-888338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR