Şahmat üzrə Dünya Kubokunun finalında rusiyalılar Pyotr Svidler və Sergey Karyakin qarşılaşacaqlar

21:08 29 Sentyabr 2015
31 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Bakıda şahmat üzrə Dünya Kubokunun finalında Rusiya qrossmeytsteri Pyotr Svidlerin rəqibi həmvətəni Sergey Karyakin olacaq.
AZƏRTAC xəbər verir ki, Sergey Karyakin finala çıxmaq uğrunda gərgin mübarizə şəraitində keçən tay-breyk oyununda Ukrayna təmsilçisi Pavel Elyanov üzərində 3,5:2,5 hesabı ilə qələbə qazanıb. O, 2016-cı il mayın 9-dan 28-dək keçiriləcək iddiaçıların turnirində iştirak etmək hüququ da qazanıb.
Sant-Peterburqdan olan şahmatçı P.Svidler reqlamentdə nəzərdə tutulan dörd partiyanın birincisində ağ fiqurlarla oynayacaq. Sentyabrın 30-u yarışda istirahət günü elan edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sahmat_uzre_Dunya_Kubokunun_finalinda_rusiyalilar_Pyotr_Svidler_ve_Sergey_Karyakin_qarsilasacaqlar-888343

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR