Türkiyəyə yüksəksürətli qatarla gedib-gəlmək mümkün olacaq

Türkiyəyə yüksəksürətli qatarla gedib-gəlmək mümkün olacaq
06:29 28 Dekabr 2014
206 Digər
Ölkə mətbuatı
A- A+

Ankara-Sivas dəmir yolu xətti tamamlandıqdan sonra Ərzincan-Qars bağlantısı vasitəsilə Türkiyə ilə Azərbaycan arasında yüksəksürətli qatarın işə salınması nəzərdə tutulur.

 

AzərTAc Türkiyə mətbuatına istinadla xəbər verir ki, qardaş ölkə yüksəksürətli qatar xətti layihəsinə investisiyaları artıracaq. Gələn il bu sahəyə 5 milyard lirə (təxminən 1,69 milyard manat) investisiya qoymağı planlaşdıran Dövlət Dəmir Yolları Baş İdarəsi qonşu ölkələrə yüksəksürətli qatarla səfər etmək üçün real işlərə başlayıb. Bu sahədə əvvəlcə Şimali İraq istiqamətindəki dəmir yolu xətləri yenilənəcək.

 

Ümumiyyətlə, 1759 kilometr uzunluğunda salınacaq yeni yol Azərbaycan ilə yanaşı, digər qonşu ölkələrə də yüksəksürətli qatarla gedib-gəlməyə imkan verəcək.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bununla bağlı bildirib ki, sərnişinlər gələn il istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə belə bir imkandan yararlana biləcəklər. “Ancaq hələlik Türkiyə tərəfindən bu istiqamətdə işlərə yeni başlanılıb. Yüksəksürətli qatar xəttinin Bakı-Tbilisi-Qars dəmir yoluna birləşdirilməsi sərnişinlərə əlavə imkanlar yaradacaq. Bildiyiniz kimi, Dövlət Proqramına əsasən ölkəmizin polad magistralı yenidən qurulur və 2018-ci ilədək qatarların sürət həddi saatda 140 kilometrə çatdırılacaq. Bu isə ölkədaxili yollarda da yüksəksürətli qatarların hərəkətinə imkan verəcək”, - deyə N.Əzməmmədov əlavə edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR