Voytsex Savitski yenidən AŞPA-nın baş katibi postuna seçilib

Voytsex Savitski yenidən AŞPA-nın baş katibi postuna seçilib
21:42 29 Sentyabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 21:37 ]

Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ikinci iş günündə qurumun baş katibi vəzifəsinə seçkilər keçirilib.

AŞPA baş katibi postuna seçkilər iki namizəd, Assambleyanın hazırkı baş katibi Voytsex Savitski və serbiyalı xanım Svetislava Bulajiç arasında keçirilib. Voytsex Savitski 140 səs toplayaraq yenidən AŞPA-nın baş katibi vəzifəsinə seçilib. Xanım Svetislava Bulajiçə isə 108 deputat səs verib.

 

Qeyd edək ki, AŞPA-nın baş katibi Voytsex Savitski daha 5 il müddətinə bu vəzifəsini icra edəcək. Onun hazırkı baş katiblik mandatı gələn ilin fevral ayında bitməli idi. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398754

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR