Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin fəaliyyətə başlamasının 20 illiyi qeyd olunub

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin fəaliyyətə başlamasının 20 illiyi qeyd olunub
21:53 29 Sentyabr 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+


Tbilisi, 29 sentyabr, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin Tbilisidə fəaliyyətə başlamasının 20 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Gürcüstanın Katolikos-Patriarxı II İlyanın iqamətgahında təşkil olunan tədbirdə xristian və müsəlman dini icmalarının rəhbərləri, deputatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Katolikos-Patriarx II İlya ölkələrimiz arasındakı əlaqələrin tarixindən, Azərbaycanın və Gürcüstanın din xadimlərinin dostluq münasibətlərindən danışıb. O, bu münasibətlərin möhkəmlənməsində QMİ-nin Gürcüstan nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirib. QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Əli Əliyevin fəaliyyəti sayəsində dini icmalar arasında dostluğun daha da möhkəmləndiyi bildirilib.
Əli Əliyev bu tədbirin təşkilinə, yaradılan şəraitə görə Gürcüstan hökumətinə və şəxsən Katolikos-Patriarx II İlyaya təşəkkürünü bildirib.
Tədbirdə Gürcüstanda yaşayan müsəlmanların dövlətə və dövlətçiliyə, dini icmaların ölkələrimiz arasındakı dostluğun inkişafına, dünyada və bölgədə sülhün möhkəmlənməsinə xidmət etmələri yüksək qiymətləndirilib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qafqaz_Muselmanlari_Idaresinin_Gurcustan_numayendeliyinin_fealiyyete_baslamasinin_20_illiyi_qeyd_olunub-888352

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR