Zəvvarlar Həccdən geri qayıda bilmir

Zəvvarlar Həccdən geri qayıda bilmir
21:56 29 Sentyabr 2015
163 Digər
Ölkə mətbuatı
A- A+

Həcc ziyarətini başa çatdıraraq vətənə geri dönmək istəyən azərbaycanlı zəvvarlar çətinlik çəkirlər.

ANS PRESS-in Məkkəyə ezam edilmiş müxbirinin verdiyi məlmata görə, zəvvarları Ciddə hava limanından Bakıya daşıyacaq reyslər gecikdiyinə görə azərbaycanlı hacılar hava limanında gözləməli olublar.

Azərbaycanlı zəvvarların 265 nəfərlik ilk qrupu dünən axşam Məkkədən oteli tərk edərək Ciddə hava limanına gəlib. Bakıya uçacaq təyyarə reysi 04.08-ə nəzərdə tutulubmuş. Lakin təyyarə gəlməyib və təşkilatçı şirkət zəvvarları Ciddədəki otellərə yerləşdirməli olub.

Azərbaycanlı zəvvarların ikinci qrupu isə bu səhər oteli tərk edərək Ciddə hava limanına gəliblər. Onların təyyarə reysi saat 08.08-ə nəzərdə tutulubmuş. Hazırda həmin zəvvarlar Ciddə hava limanında gözləyirlər.

Təşkilatçı şirkət reyslərin gecikməsinə görə günahı Səudiyyə avia şirkətində görür. Şirkət reyslərin qrafikini dəyişib və bu barədə zəvvarlara xəbər verməyib.

Bu il Azərbaycandan Həcc səfərin 2400 zəvvar yola düşüb. Onlardan üçü Həcc zamanı dünyasını dəyişərək şəhid olub. Bunlar 79 yaşlı Yardımlı sakini Şirinov Əzizağa, 60 yaşlı Qubadlı sakini Fəxrəddin Zeynalov və 57 yaşlı Bakı sakinin Kəklik Aslanova olub. Hər iki zəvvarlarımız Məkkədəki Həcc ziyarəti şəhidləri üçün olan qəbirstanlıqda torpağa tapşırılıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=361547

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR