"Xəzər Lənkəran"ın futbolçusu "İnter"də

"Xəzər Lənkəran" bu yay heyətinə qatdığı daha bir futbolçusu ilə vidalaşmalı olub.

Metbuat.az Azerisport.az-a istinadən xəbər verir ki, söhbət fransalı hücumçu Limam Seydidən gedir. Belə ki, o, "İnter"lə müqavilə imzalayıb. Legioner futbolçu ilə bir illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Limam "Xəzər Lənkəran"ın digər yeni transferləri kimi, FİFA-nın məlum sanksiyası səbəbindən qışadək cənub təmsilçisinin heyətində rəsmi oyuna çıxa bilməzdi. Elə bu üzdən də Ruslan Abışov, Vüqar Nadirov, Vaqif Cavadov, Rəşad Eyyubov kimi, o da cənublularla yollarını ayırıb, başqa Premyer Liqa klubuna keçməyə üstünlük verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR