Bakı sakini liftdə faciəvi şəkildə ölüb

23:07 29 Sentyabr 2015
142 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 22:58 ]

Bakı-APA. Bakı sakini liftdə baş vermiş bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər texniki nasazlıq səbəbindən liftin qapıları arasında sıxılmış vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər liftin qapısını açıb və 1964-cü il təvəllüdlü Həşimov Bəylər Yasin oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398756

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR