Cim Kerrinin sevgilisi özünü öldürdü

Cim Kerrinin sevgilisi özünü öldürdü
23:26 29 Sentyabr 2015
113 Şou
Ölkə mətbuatı
A- A+

Hollivud ulduzu Cim Kerrinin sevgilisi Katriona Uayt özünü öldürüb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı qızın cəsədi yaxınlarının polisə müraciətindən sonra evində tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Katrionanın evində araşdırma apararkən onun yazdığı intihar məktubunu tapıblar.
 
Məktubda gənc qız 53 yaşlı aktyorla sentyabrın 24-də ayrıldıqlarını yazıb. Bu yaxınlarda isə o, sosial şəbəkədə “Ümid edirəm ki, mənim üçün ən yaxın və əziz insanın həyatında işıq oldum”, - deyə status paylaşıb. K.Uayt yüksək dozalı dərmanlar qəbul edərək özünü öldürüb.

Qeyd edək ki, Cim Kerri ilə Katriona Uayt bu ilin sentyabrında ayrılıblar. Katrionanın elə bu səbəbdən intihar etdiyi bildirilir. Cütlük 2012-ci ildə çəkiliş zamanı tanış olub. Katriona Uayt vizajist idi.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=38041

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR