"Barselona"dan möhtəşəm geri dönüş - VİDEOİCMAL

Çempionlar Liqasında qrup mərhələsinin ikinci turuna start verilib.

"Barselona" "Bayer"i qəbul edib. Oyunda hesab 22-ci dəqiqədə açılıb. Papadopulos fərqlənib. Hamı matçın bu hesabla bitəcəyini gözlədiyi bir vaxtda Serxi Roberto səhnəyə çıxıb. Gənc oyunçu 80-ci dəqiqədə vurduğu qolla möhtəşəm geri dönüşü başladıb. Cəmi iki dəqiqə sonra Luis Suares "Barselona"nın qələbə qoluna imza atıb.

"Barselona" - "Bayer" - 2:1

Qollar: Roberto, 80, Suares, 82 - Papadopulos, 22

Oyunun videoicmalını təqdim edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR