Poroşenko BMT-də Rusiyanı tənqid etdi

Poroşenko BMT-də Rusiyanı tənqid etdi
23:54 29 Sentyabr 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya nümayəndə heyəti Ukrayna prezidenti Pyotr Poroşenkonun BMT-də çıxışı zamanı iclasda iştirak etməyib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “112 Ukrayna” telekanalı məlumat yayıb.  

 

Qeyd edək ki,  Pyotr Poroşenko BMT Baş Assambleyasının 70-ci iclasında ingilis dilində çıxış edib. O nitqində Rusiyanın Ukraynaya qarşı müharibə apardığını qeyd edib: “Bu vətəndaş müharibəsi deyil, bu heç daxili münaqişə də deyil”.  

 

Onun sözlərinə görə, Moskva bu dəfə artıq Ukraynanın Donbas bölgəsində yeni düşüncəsiz oyun aparır.

 

“Bu işğalçı müharibənin mənim ölkəmə, Ukraynaya qarşı aparılmasına heç bir şübhə yoxdur”,   deyə Poroşenko bildirib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/216142

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR