Şərur rayonunda quruculuq işləri sürətlə davam etdirilir

Şərur rayonunda quruculuq işləri sürətlə davam etdirilir
23:03 29 Sentyabr 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+


Şərur, 30 sentyabr, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən yaradılan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi üçün ayrılan binada yenidənqurma işləri aparılır.
AZƏRTAC xəbər verir ki, zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan lisey binasının yenidən qurulması “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən həyata keçirilir. Liseyin 240 şagird yerlik yataqxana binasının son mərtəbəsinin tikintisi artıq tamamlanmaq üzrədir.
Şərur rayonunda təhsil sahəsində aparılan quruculuq işləri bununla məhdudlaşmır. Belə ki, şəhər 2 nömrəli tam orta məktəbi üçün zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət yeni binanın inşasına başlanılıb. Təhsil ocağında elektron lövhəli siniflər, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompyuter, şahmat və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı fəaliyyət göstərəcək. Kitabxanada internet vasitəsilə elektron kitabxanalara da müraciət etmək mümkün olacaq. Bütün fənn laboratoriyaları müasir tədris-təcrübə avadanlıqları ilə təchiz ediləcək. Fizika laboratoriyasında quraşdırılacaq elektron lövhə dərslərin və təcrübə məşğələlərinin ən müasir metodlarla keçilməsinə şərait yaradacaq.
Muxtar respublikanın şəhər və rayonlarında yenidən qurulan idman obyektləri gənc nəslin bu sahəyə olan marağını gündən-günə artırır. Müasir avadanlıqlarla təmin olunan belə idman obyektlərindən biri də Şərur rayonundakı Aralıq kənd stadionudur. Yeniyetmə və gənclərin istifadəsinə verilən kənd stadionu qısa müddətdə müasir standartlar səviyyəsində yenidən qurulub. Təbii öt örtüklü stadionun ərazisində 160 nəfərlik oturacaqlar quraşdırılıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Serur_rayonunda_quruculuq_isleri_suretle_davam_etdirilir-888356

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR