Tarixdə bu gün

Tarixdə bu gün
00:11 30 Sentyabr 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

Miladi: 30 sentyabr 2015
Hicri: 16 Zil hiccə 1436

İlin 273-ci günü
İlin sonuna 92 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 06:24
Günəş – 07:34
Zöhr – 13:35
Əsr – 17:23
Məğrib - 19:43
İşa – 21:00

Dünyada olan hadisələr

1472-ci ildə Quttenberq Bibliyanı çap edir və bu hadisə tarixə ilk kitab çapı kimi düşüb.
1520-ci ildə Sultan Süleyman Qanuni Osmanlı taxtına sahib olub.
1618-ci ildə I Abbas Səfəvi və Osmanlı hökmdarı Xəlil paşa Mərənddə sülh müqaviləsi imzalayır. Buna tarixdə Sərab sülhü də deyilir.
1630-cu ildə Amerikada ilk cinayətkar barədə ölüm hökmü verilib. Adam öldürməkdə təqsirli bilinən Billinqton asılaraq edam edilib.
1846-cı ildə Massaçuset ştatında həkim Morton ilk dəfə olaraq anesteziya ilə diş çəkir.
1882-ci ildə Dünyada ilk hidroelektrik stansiyası ABŞ-ın Viskontin ştatında qurulub.
1901-ci ildə Fransada nəqliyyat vasitələrinin məcburi olaraq dövlət qeydiyyatına alınması başlayıb.
1902-ci ildə Süni ipəyə patent alınıb.
1913-cü ildə Məşhur alman mühəndisi Rudolf Dizel müəmmalı şəkildə həlak olub.
1938-ci ildə Münhen sazişi imzalanıb..
1947-ci ildə Pakistan BMT-yə üzv olub.
1949-cu ildə Mao Ze Dun Çinin dövlət başçısı seçilib.
1954-cü ildə Dünyada ilk atom sualtı qayıq ABŞ-ın hərbi arsenalına daxil olub.
1958-ci ildə SSRİ-də nüvə sınaqları başlayıb.
1961-ci ildə Suriya müstəqilliyini elan edib.
1971-ci ildə ABŞ və SSRİ mümkün nüvə müharibələrindən yayınmaq haqda müqavilə imzalayıb.
1980-ci ildə İsraildə yeni valyuta – şekel tədavülə buraxılıb.
1981-ci ildə Fransada ölüm hökmünün ləğv edilib.
1991-ci ildə Beynəlxalq Tərcüməçilər İttifaqı yaranıb. Bu gün tərcüməçilər günü kimi qeyd olunub.
2005-ci ildə Danimarkada islam peyğəmbərinin təsvir edildiyi karikatura qalmaqalı baş verib.

Azərbaycanda olan hadisələr

1920-ci ildə RSFSR və Azərbaycan SSR arasında Moskva müqaviləsi imzalanıb.
1920-ci ildə RSFSR və Azərbaycan SSR arasında vahid ərzaq siyasəti haqqında saziş imzalanıb.
1999-cu ildə Bakı Aeroportunun yeni kompleksinin açılışı. Aeroport tam beynəlxalq standartlara uyğunlaşdırılaraq istənilən tip təyyarəni qəbuluna başlayıb.
1139-cu ildə Gəncədə dəhşətli zəlzələ baş verib.
1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə və yerli xalq deputatları sovetlərinə seçkilər keçirilib. İlk dəfə olaraq seçkilər alternativ əsasda və çoxpartiyalıq şəraitində keçirilib.
1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının məzunu Joze Eduardo dos Santos Anqola prezidenti seçilib.
1992-ci ildə Azərbaycan qarşılıqlı olaraq Qazaxıstan Respublikasını tanıyır. Qazaxıstan Azərbaycanı 27 avqustda tanımışdı.
2002-ci ildə "Azərbaycan Respublikasında Dövlət dili haqqında qanunun qəbul edilib.

Doğumlar

1207-ci ildə Cəlaləddin Rumi, şair, filosof (ö. 1273).
1903-cü ildə ədəbiyyatşünas və nasir Əhliman Axundov anadan olub.
1928-ci ildə görkəmli alim, akademik, əməkdar elm və texnika xadimi Azad Mirzəcanzadə anadan olub.
1920-ci ildə Lətif Səfərov, azərbaycanlı aktyor (ö. 1963).
1964-cü ildə Monika Beluççi, italyan aktrisası.

Ölümlər

1950-ci ildə Zülfüqar Hacıbəyov, azərbaycanlı bəstəkar (d. 1884).
1991-ci ildə Səxavət Məmmədov, azərbaycanlı müğənni (d. 1953).

Bayramlar və xüsusi günlər

Beynəlxalq Tərcüməçilər Günü

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=361556

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR