"Qəbələ" Krasnodara nə vaxt gedir?

"Qəbələ" Krasnodara nə vaxt gedir?
00:17 30 Sentyabr 2015
73 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsinin II turunda Rusiyanın “Krasnodar” klubu ilə qarşılaşacaq “Qəbələ” oyunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, qısa istirahətdən sonra məşqlərini sentyabrın 28-də bərpa edən “qırmızı-qaralar” iki gün Bakıda məşq edib. 

Bakı Olimpiya stadionunda baş tutan hazırlıqlara zədəli Rafael Santos istisna olmaqla bütün futbolçular qatılıb. Roman Qriqorçukun yetirmələri hər iki məşq zamanı toplu çalışmalara üstünlük verib. Bununla da “Qəbələ” paytaxtdakı hazırlığını yekunlaşdırıb. 

"Qəbələ" bu gün səhər Rusiyanın Krasnodar şəhərinə yola düşəcək. Oyunöncəsi son məşq də qarşılaşmanın baş tutacağı “Kuban” stadionunda keçiriləcək. “Qırmızı-qaralar” bu arenaya Bakı vaxtı ilə saat 22.00-da çıxacaq. Saat 21.15-də isə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və müdafiəçi Arif Daşdəmirovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-krasnodara-n-vaxt-gedir-t44448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR