Xalq artistin bacısı xəsarət aldı (VİDEO)

Xalq artistin bacısı xəsarət aldı (VİDEO)
23:21 29 Sentyabr 2015
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Axşam saatlarında Heydər Əliyev prospektində “Hyundai” markalı avtomobillə “Ferrari” markalı avtomobil toqquşub.

ANS TV-nin məlumatına görə, hər iki avtomobili idarə edən qadın olub. “Hyundai” markalı avtomobilin sahibi xalq artisti Nazpəri Dostəliyevanın bacısı müğənni Zeynəb Dostəliyevadır.

Qəza zamanı o, qolundan zədə alıb.

Hadisə şahidlərinin sözlərinə görə, “Ferrari” markalı avtomobilin sürücüsü qəzaya səbəb olub.

Belə ki, avtomobil idarə edən qadın sürücü sərxoş olub. O, qəzadan dərhal sonra avtomobilinin dövlət nömrə nişanlarını sökərək hadisə yerindən uzaqlaşıb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=361558

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR