Zaqatalada üç nəfər göbələkdən zəhərlənib

Zaqatalada üç nəfər göbələkdən zəhərlənib
00:57 30 Sentyabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Sentyabr 2015 00:53 ]

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada ikisi əkiz qardaş olmaqla üç nəfər göbələkdən zəhərlənib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 29-u axşam saat 22 radələrində rayonun Əliabad qəsəbə sakinləri – 1994-cü il təvəllüdlü Fəqan Balakişi oğlu Mirzəbəyev, Fəqanın əmisi oğulları, əkiz qardaşlar 2000-ci il təvəllüdlü Seymur və Məhəmməd Elçin oğlu Mirzəbəyevlər zəhərlənmə əlamətləri ilə xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə daxil olublar.

 

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, hər üç şəxs sentyabrın 29-u günorta saatlarında Əliabad qəsəbəsinin yaxınlığındakı meşə zolağında işləyərkən ərazidən göbələk yığıb yeyiblər. Axşam saatları hər üç şəxsdə ürəkbulanma və halsızlıq əlamətləri büruzə verib. Fəqan, Seymur və Məhəmməd Mirzəbəyevlərin göbələkdən zəhərlənməsi məlum olub. Fəqan, Seymur və Məhəmməd Mirzəbəyevlərə lazımi ilkin tibbi yardım göstərilib, yedikləri qidadan analiz etmək üçün nümunə götürülüb. X

 

əstələrin vəziyyəti nəzərə alınaraq müayinə və müalicələrini davam etdirmək üçün yaxın saatlarda Respublika Toksikologiya Mərkəzinə göndəriləcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398761

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR