Moqerini: Suriya münaqişəsinin həllinə dair təkliflər yaxın vaxtlarda gündəmə gələ bilər

Moqerini: Suriya münaqişəsinin həllinə dair təkliflər yaxın vaxtlarda gündəmə gələ bilər
01:37 30 Sentyabr 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 sentyabr. REPORT.AZ/ Suriya münaqişəsinin həllinə dair yeni təkliflər yaxın bir neçə həftə ərzində gündəmə gələ bilər. “Report”un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini səsləndirib.
Onun sözlərinə görə, problemin həllinə iki prizmadan baxılmalıdır: terrorçularla mübarizə və siyasi nizamlama.
Moqerini həmçinin bildirib ki Aİ ölkələri Suriya münaqişəsinin həlli və bu ölkədən qaçan insanların problemlərinin həlli məqsədi ilə 10 milyard dollar həcmində vəsait ayırıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/moqerini-suriya-munaqisesinin-helline-dair-teklifler-yaxin-vaxtlarda-gundeme-gele-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR