Fransa Rusiyanı İŞİD-in mövqelərinə hava zərbələri endirməyə çağırıb

01:47 30 Sentyabr 2015
19 Dünya
Ölkə mətbuatı
A- A+

[ 30 Sentyabr 2015 01:45 ]

Bakı-APA. Fransanın XİN rəhbəri Loran Fabius bəyan edib ki, Rusiya İŞİD-in mövqelərinə dərhal hava zərbələri endirməyə başlamaq əvəzinə hələlik yalnız qruplaşma ilə mübarizəni müzakirə edir.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə,  bu barədə “Röters” xəbər yayıb.

 

“Dünya ictimaiyyəti  İŞİD qruplaşmasına zərbə endirib. Fransa, habelə Bəşər Əsəd  İŞİD-ə zərbələr endirib, Rusiya isə heç bir zərbə endirməyib. Məhz kimin  nə etdiyinə diqqət yetirmək lazımdır”, deyə  nazir qeyd edib.

 

Onun sözlərinə görə,  Rusiya tərəfi İŞİD-ə “media zərbələri” endirmək əvəzinə qruplaşmanın mövqelərinə real hava zərbələri endirmək daha məqsədəuyğun olardı: “Rusiya terrorçulara qarşı çıxırsa, onlara qarşı hava zərbələrin endirilməsi tamamilə normal bir hal olardı.  

 

Bundan əvvəl Rusiya, İran, Suriya və İraqın Bağdadda İŞİD-ə qarşı mübarizə üzrə İnformasiya mərkəzi yaratması barədə məlumat verilib. .   


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398762

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR