Üç yapon tədqiqatçı Vallenberq mükafatının laureatı olub

Üç yapon tədqiqatçı Vallenberq mükafatının laureatı olub
02:08 30 Sentyabr 2015
25 Dünya
Ölkə mətbuatı
A- A+


Tokio, 30 sentyabr, AZƏRTAC
Üç yapon tədqiqatçı oduncaqdan hazırladıqları yeni super möhkəm materiala görə İsveçin Vallenberq mükafatının laureatı olub.
Sentyabrın 28-də Stokholmda keçirilən mərasimdə yapon tədqiqatçılar - Tokio Universitetindən Akira İsoqay və Tsuquyuki Sayto, həmçinin Fransa Milli Elm Mərkəzindən Yoşiharu Nişiyama Markus Vallenberq mükafatına layiq görülüblər.
Onlar Asiyada həmin mükafatı alan ilk alimlərdir. Vallenberq mükafatı “Nobel Meşə Mükafatı” kimi də tanınır.
Həmin alimlər oduncaq materialından və düyü samanından nanofibrilləşmiş sellüloza liflərinin qənaətlə alınmasının üsulunu işləyib hazırlayıblar. Nanosellüloza dəmirdən beş dəfə möhkəm olmaqla yanaşı, həm də ondan beş dəfə yüngüldür.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Uch_yapon_tedqiqatchi_Vallenberq_mukafatinin_laureati_olub-888366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR