Mitinq keçiriləcək yerlər açıqlandı - (SİYAHI)

Mitinq keçiriləcək yerlər açıqlandı - (SİYAHI)
02:26 30 Sentyabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin noyabrında Milli Məclisə keçiriləcək parlament seçkiləri ərəfəsində deputatlığa namizədlərin seçicilərlə görüşməsi üçün yerlər müəyyənləşdirilib.

ANS PRESS-in məlumatına görə, şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer ayrılıb. Namizədlərin təşviqat kampaniyası oktyabrın 9-da başlayır.Təşviqat kampaniyası oktyabrın 31-i saat 8-də dayandırılacaq. Prezident İlham Əliyevin 28 avqust tarixli sərəncamına əsasən, Milli Məclisə seçkilər bu il noyabrın 1-də keçiriləcək.

MSK sədri Məzahir Pənahov ANS TV-yə verdiyi açıqlamasında, namizədlərin əksəriyətinin siyasi partiya təmsilçiləri olduğunu qeyd edib. Sədrin sözlərinə görə, komissiyaya indiyədək 17 şikayət daxi olub ki, onların əksəriyəti təmin olunub. MSK sədri ümumən seçki prosesinin sakit və anlaşma şəratində keçdiyini söyləyib:

“İndiyə qədər 1753 nəfər namizədin dairələrə müraciəti daxil olub. Namizədliyin irəli sürən şəxslərdən komissiyaya indiyədək 17 şikayət daxi olub”.


MSK sədri Məzahir Pənahov.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilsin".


Bu sayca ölkədə keçirilən 5-ci Parlament seçkiləri olacaq. Noyabrın 1-də Milli Məclisə 125 deputat majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçiləcəklər. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

Məclisdə hər il yaz və payız sessiyaları keçirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=361546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR