"Barselona" və "Bavariya" qalib gəldi, "Çelsi" uduzdu

"Barselona" və "Bavariya" qalib gəldi, "Çelsi" uduzdu
02:28 30 Sentyabr 2015
40 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Bu gün Çempionlar Liqasının qrup mərhələsində ikinci turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarında oyunlar keçirilib.

E qrupunda turnirin son qalibi "Barselona" öz meydanında "Bayer"i (Leverkuzen) qəbul edib. "Roma" isə səfərdə BATE-nin qonağı olub.

F qrupunda "Bavariya" doğma azarkeşləri önündə "Dinamo" (Zaqreb) ilə qarşılaşıb. İlk görüşdə "Dinamo"ya uduzan "Arsenal" bu tur evdə "Olimpiakos"la üz-üzə gəllib.

G qrupunda "Çelsi" Portuqaliyada "Portu"nun qonağı olub. Kiyev "Dinamo"su isə səfərdə "Makkabi" (Təl-Əviv) ilə münasibətlərinə aydınlıq gətirib.

H qrupunda "Lion" doğma azarkeşləri önündə "Valensiya"nı sınağa çəkib. "Gent" isə Peterburqda "Zenit"in qonağı olub.

"Barselona" (İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) - 2:1
Qol: Papadopulos, 22, (0:1), Roberto, 80 (1:1), Suares, 82 (2:1)

BATE (Belarus) - "Roma" (İtaliya) - 3:2
Qollar: Staseviç, 8, Mladenoviç, 12, Cervinio, 66 (2:1), Mladenoviç, 30 (3:1), Torosids, 82 (3:2)

"Bavariya" (Almaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 5:0
Qollar: Kosta, 13, Levandovski, 21, Götze, 25, Levandovski, 28, 55

"Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 2:3
Qollar: Pardo 33, Volkat, 35 (1:1), Fortounski, 40 (1:2), 0spino, avtoqol-40 (1:2), Sançez, 65 (2:2), Finboqasson, 66 (2:3)

"Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Kiyev, Ukrayna) - 0:2
Qol: Yarmelonko, 4 (0:1), Moraes, 50

"Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə) - 2:1
Qol: Andre, 39,Villian, 45+2 (1:1),

"Lion" (Fransa) - "Valensiya" (İspaniya) - 0:1
Qol: Feqhouli, 42

"Zenit" (Rusiya) - "Gent" (Belçika) - 2:1

Qollar: Dzüba, 36 (1:0), Matton, 56 (1:1), Şatov, 67 (2:1)

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin qalan 8 oyunu sabah keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2438201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR