Ermənilərin açdığı atəş fermada yanğına səbəb oldu (FOTO)

Ermənilərin açdığı atəş fermada yanğına səbəb oldu (FOTO)
02:31 30 Sentyabr 2015
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər cəbhədə Azərbaycan ordusu qarşısında uğursuzluqlara düçar olan Erməni hərbi birləşmələri təmas xəttinə yaxın yerləşən kəndləri və əhalinin təsərrüfatını atəşə tutmağa davam edir. ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, qarşı tərəf bu dəfə Ağdamın Hacıməmmədli kəndi ərazisindəki dinc sakinlərə məxsus fermanı hədəf alıb. Atəş nəticəsində fermadakı ot tayası alov alıb.


Alovlanan ot tayası

Kənd sakinləri deyir ki, yanğından təqribən bir neçə dəqiqə əvvəl təmas xəttində şiddətli atışma müşahidə edilib.

"Hər gün atırlar. Bunu da erməni atıb burda fermamız var erməni yandırıb düşüb ora yanır. Bir saat saat yarım olar yanır." - deyə kənd sakini Aşur Bağırov bildirib.

Kənd sakinlərinin sözlərinə görə alov alan tayada təqribən 2 minədək ot bağlaması yanıb. Təhlükəli ərazi olduğundan yanğını söndürmək mümkün olmayıb.


Əraziyə yaxınlaşmaq təhlükəli olduğundan alovu söndürmək mümkün deyil



Yanğın təqribən saat 21 radələrində başlayıb. Erməni silahlı birləşmələrinin mövqelərindən alovun olduğu ərazi aydın göründüyü üçün bu məsafədən artıq yaxınlaşmaq mümkün deyil.

Əraziyə insanların yaınlaşmaması üçün təhlükəsizlik tədbirləri görülüb. Alov tədricən səngisə də yanğın gecə saatlarına qədər davam edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=361561

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR