Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda ikinci finalçı bəlli olub

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda ikinci finalçı bəlli olub
02:07 30 Sentyabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

[ 30 Sentyabr 2015 02:59 ]

Bakı-APA. Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yarımfinal başa çatıb.

Apasport.az saytının məlumatına görə, tay-brekdə Rusiya təmsilçisi Sergey Karyakin Ukrayna şahmatçısı Pavel Elyanov üzərində qələbə qazanmaqla ikinci finalçı olub.

 

Həlledici görüşdə Karyakin Rusiyanı təmsil edən digər şahmatçı Pyotr Svidlerlə qarşılaşacaq. Qeyd edək ki, final oktyabrın 1-də start götürəcək. 4 oyundan ibarət finalda qalib müəyyənləşməsə əlavə daha bir görüş oynanılacaq.

 

Dünya Kubokunun qalibi 120 min ABŞ dolları qazanacaq. Finalçılar eyni zamanda yeni mövsümdə dünya çempionluğuna iddiaçılar turnirində iştirak etmək imkanı qazanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398766

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR