Saakaşvili Odessanı ümumdünya əyləncə mərkəzinə çevirmək niyyətindədir

Saakaşvili Odessanı ümumdünya əyləncə mərkəzinə çevirmək niyyətindədir
03:32 30 Sentyabr 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

[ 30 Sentyabr 2015 03:30 ]

Bakı-APA. Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Odessanı ümumdünya əyləncə və kazino mərkəzinə çevirmək niyyətində olduğunu bildirib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Saakaşvili bu sözləri “Novoye vremya” nəşrinə müsahibəsində bildirib.

 

“Odessa ümumdünya əyləncə və kazino biznesinin mərkəzinə çevrilməlidir. Şəhər və vilayət güclü turizm potensialına malikdir. Ukraynalılar, xüsusən də hökumət, turizmin əhəmiyyətini anlamırlar”, deyə Saakaşvili qeyd edib.  

 

Onun sözlərinə görə, Ukrayna hər il 30 mln, tək Odessa isə 10 mln əcnəbi turist qəbul edə bilər.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398767

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR