Azərbaycanda əhalinin məşğulluq strategiyası hazırlanır (VİDEO)

Azərbaycanda əhalinin məşğulluq strategiyası hazırlanır (VİDEO)
04:11 30 Sentyabr 2015
119 Digər
Ölkə mətbuatı
A- A+

Gənclərin məşğulluğunu təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ucar, Şəmkir və Tərtər rayonlarında əmək yarmarkaları təşkil edəcək.

ANS TV-nin məlumatına görə, müasir dövrdə ən böyük problemlərdən biri də işsizlikdir və statistikaya görə, dünyada 15-24 yaşda işsiz gənclərin sayı 75 milyon nəfərdən çoxdur.

İşsizlik isə iş yerlərinin azlığı ilə yanaşı vakant yerlərdə işləyə biləcək mütəxəssislərin olmaması ilə də bağlıdır.

Son 5 il ərzində Azərbaycanda 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsi 11,8%-dən 9,7%-dək azalıb.

Əslində bu gün ölkədə yeni iş yerləri açılır. İşəgötürmə agentliyinin rəhbəri Afa Həsənovanın sözlərinə görə, işəgötürənlər çox vaxt ixtisaslı mütəxəssis istəyir:

“Hazırda işəgötürənlə tərəfindən tələblər yüksəlib. Bugünkü gündə işçinin bilik səviyyəsi yüksək olarsa, o zaman işcinin iş təcrəbəsi olmasa belə o işin öhdəsində gələ bilər. Qeyd edim ki, bir neçə ilə bundan öncə neft-qaz sahəsinə maraq çox idi. Amma son bir ildə neft-qaz sahəsi öz yerini idman və tikinti sektoruna təhvil verib”.

Görünən də odur ki, özünə peşə seçmək üçün, təkcə öz marağına arxalanmaq və bunu özünə istiqamət götürmək yetərli deyil. Həmçinin həmin peşəyə bugünkü əmək bazarında nə qədər tələbat olduğunu da nəzərə almaq lazımdır. Seçdiyini peşə perspektivli və karyerada irəliləmək üçün əlverişli olmalıdır.

Yəni orta məktəbi bitirən şəxsin məqsədi universitetə girmək, nə olursa-olsun diplom əldə etmək olmamalıdır. Bu cür düşünüb təhsil alanlar sonda işsizlər siyahısında yer alırlar. İşsizlik ailələrin dağılmasına, hətta cinayət hadisələrinə belə gətirib çıxrarır. Probleminin kökündə əsasən ixtisaslı kadr çatışmazlığı və insanların asan işə daha çox meyilli olması durur.

“Bu gün gənclər daha çox üstünlüyü sürücülük və mühafizə sahəsinə verirlər. Çünki bu sahələr onlar üçün rahatdır, əziyyət çəkmək istəmirlər. Qeyd edim ki, kapitalizmin öz qaydaları var. Kim çox işliyirsə, o da çox qazanır”, – deyə hüquqşünas Tahir Əlirzayev fikrini açıqlayıb.

Gənclərin işsizlik problemi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini də düşündürür. Bu məqsədlə nazirlikdə əhalinin məşğulluq strategiyası hazırlanır.

2025-ci ilə qədərki dövrü əhatə edəcək bu sənəddə gənclərin işsizlik probleminin aradan qaldırılma yolları da əks olunacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyir ki, əhalinin məşğulluq strategiyası 4 əsas – ölkənin iqtisadi inkişafı, əhalinin sürətli artımı, təhsil və məşğulluq bölümünü əhatə edir.

Həyatda uğur qazanmaq istəyiriksə, hansı peşəyə və ya ixtisasa sahib olmağmızdan asılı olmadan, işimizi sevməli və mütəxəssisi olmağa çalışmalıyıq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=361560

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR