“Boko Haram” silahlıları Kamerunda kəndə hücum edərək 30 sakini qətlə yetirib

07:22 28 Dekabr 2014
50 Dünya
Ölkə mətbuatı
A- A+

[ 28 Dekabr 2014 07:16 ]

Bakı-APA. Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşmasının silahlıları Kamerunda kəndə hücum ediblər.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində azı 30 dinc sakin öldürülüb.  

 

Məlumata görə, silahlıların hücumuna Kamerunun şimalında Nigeriya sərhədindən bir neçə kilometr aralıda yerləşən Mbalyuel kəndi məruz qalıb.

 

Öldürülənlərin sayının artacağı istisna olunmur. Onların hamısının dinc sakin olduğu bildirilir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR