Bütün dünyanın danışdığı İŞİD-dən qaçan uşaq (VİDEO)

Bütün dünyanın danışdığı İŞİD-dən qaçan uşaq (VİDEO)
08:51 28 Dekabr 2014
245 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD-in əlindən qaçan uşağın sui-qəsd üçün istifadə edildiyi video yayımlanıb.

ANS PRESS-in məlumatına görə, ötən gün İngiltərənin nüfuzlu qəzeti “Mirror” İŞİD terrorçularının əlindən qaçan uşaq barədə xəbər yayıb.
“Cəsur uşaq İŞİD-in əlindən qaçmaq üçün könüllü sui-qəsdçi roluna girdi” başlıqlı xəbərdə suriyalı Üseyid Barho aslı 14 yaşlı uşağın Bağdatdakı məscidlərdən birinin qarşısında üzərinə partladıcı qurğular quraşdırıldığı deyilir.

İraq televiziyası isə həmin hadisəni əks etdirən bir video hazırlayıb. Sözügedən video və cəsur uşaqla bağlı xəbər dünya mətbuatı gündəminə düşüb.

İŞİD terrorçularının əlindən xilas olmaq üçün sui-qəsdçi olmağa qərar verən 14 yaşlı uşaq başına gələnləri danışıb: “İslama inandığım üçün İŞİD-ə qoşuldum. Xilafətə qatılacağımızı söyləyərək bizi aldatdılar. Şiələrin kafir olduğunu və onları öldürməli olduğumuzu istədilər.”

Döyüşlərdə iştirak etmədiyini söyləyən Üseyid Barho İraqda ona "ya döyüşçü, ya da sui-qəsdçi olmaq" təklif edildiyini qeyd edib.

O, daha sonra seçimini bu cür əsaslandırıb: “Sui-qəsdçi olmaq üçün əlimi qaldırdım. Çünki döyüşçü olsaydım və ordu qüvvələrinə təslim olmağa çalışsaydım, əlimdə tapança ilə öldürülərdim.”


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR