Azərbaycan, Bakı, 28 dekabr /Trend/
Malayziyanın Air Asia şirkətinin təyyarəsi pis hava şəraitinə görə Belitunq adasının yaxınlığında suya düşüb. Trend RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli KİV-lər yazır.
Xatırladaq ki, bazar günü göyərtəsində 162 nəfərə yaxın insan olan təyyarə ilə əlaqə kəsilib.
Cakartanın dispetçer məntəqəsi yerli vaxtla saat 6:17-da QZ 8501 reysi ilə əlaqəni itirib.
İndoneziya nəqliyyat nazirliyinin nümayəndəsinin sözlərinə görə, təyyarənin pilotları əlaqə kəsiləndən əvvəl qeyri-adi marşrutu tələb ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]