Bakının təkrar mənzil bazarında təkliflərin sayı azalıb

Bakının təkrar mənzil bazarında təkliflərin sayı azalıb
09:33 28 Dekabr 2014
137 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir Azad Həsənli/

2014-cü ilin noyabrında Bakının təkrar mənzil bazarında 1 kvadratmetrin orta hesabla qiyməti oktyabr ayı ilə müqayisədə 0,56 faiz azalaraq 1619 manat (2065 dollar) təşkil edib. Müqayisə üçün, 2013-cü ilin noyabrında təkrar bazarda mənzillərin 1 kvadratmetrə görə qiyməti 1628 manat (2076 dollar) olub. Trend-in məlumatına görə, bu barədə "MBA Group" konsaltinq şirkətinin hesabatında deyilir.

Noyabrda təkrar bazarda 1 kvadratmetrə görə ən yüksək qiymətlər Bakının Səbail (3100 dollar) və Nəsimi (3300 dollar) rayonlarında qeydə alınıb. Ən aşağı qiymətlər isə paytaxtın Xətai (650 dollar) və Binəqədi rayonlarında (670 dollar) olub.

Hesabata əsasən, Bakının təkrar mənzil bazarında portfelin böyük hissəsini bahalı evlər (1 kvadratmetrə görə 1250 manatdan yuxarı) təşkil edib. Bahalı evlərin payı 80,7 faiz olub. Ucuz evlər (1 kvadratmetrə görə 800 manatdan az) ümumi satışın 0,9 faizini təşkil edib. Qalan hissə, yəni 18,5 faiz 1 kvadratmetrə görə qiyməti 800-1250 manat olan mənzillərin payına düşür.

Hesabat dövründə Bakının təkrar mənzil bazarında təkliflərin sayı 2055 təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,97 faiz az, cari ilin ötən ayının göstəricisinə nisbətən isə 22,4 faiz çoxdur.
Noyabrda 1, 2 və 4 otaqlı mənzillərin qiyməti müvafiq olaraq 1,98, 0,87 və 1,42 faiz azalıb, 3 otaqlı mənzillərin qiyməti isə 0,67 faiz artıb.

Təkrar mənzil bazarında satış portfelinin böyük hissəsini - 35,9 faizini 3 otaqlı, 32,6 faizini 2 otaqlı, 19,4 faizini 1 otaqlı, 10,4 faizini 4 otaqlı, 1,7 faizini isə 5 otaqlı mənzillər təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR