Xorvatlar prezident seçir

Xorvatlar prezident seçir
11:31 28 Dekabr 2014
81 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 28-də Xorvatiyada prezident seçkiləri keçiriləcək. Hazırkı Prezident İvo Yosipoviç aparılan son sorğuların nəticələrinə əsasən liderdir. Seçicilərin 46,5 faizinin İ.Yosipoviçə səs verməsi gözlənilir.

Prezidentin əsas rəqibi sabiq xarici işlər naziri xanım Kolinda Qrabar-Kitaroviçdir. Sorğulara əsasən, sabiq nazir seçicilərin 34,9 faizinin səsini qazana bilər.

Prezidentlik kürsüsü uğrunda mübarizə dörd namizəd arasında aparılacaq. Ekspertlərin fikrincə, namizədlərin heç biri səslərin 50 faizini toplaya bilməyəcək və yanvarın 11-də ikinci tura hazırlıqlar başlamalıdır.

Xorvatiyada prezident seçkiləri ölkənin ümumi iqtisadi vəziyyətinin çətinləşməsi fonunda baş verir. İşsizliyin 20 faizə yaxınlaşdığı ölkə Avropa İttifaqında ən zəif iqtisadiyyata malikdir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=316740

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR