“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi özünə iş tapdı

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi özünə iş tapdı
11:51 28 Dekabr 2014
149 İdman
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl “Xəzər Lənkəran”la yollarını ayıran baş məşqçi Oğuz Çətinin işsiz günləri qısa çəkib.

ANS PRESS-in məlumatına görə, "TRT Spor" kanalında "Futbol arenası" verilişində qonaq qismində çıxış edən Çətin bundan sonra sözügenən verilişin daimi eksperti olacaq.

O, sabiq futbolçu və hakim Ərman Toroğlu ilə birgə Superliqada keçirilən qarşılaşmaları dəyərləndirəcək.

Xatırladaq ki, Çətin Topaz Premyer Liqasının son turundan sonra istefa ərizəsini klub prezidentinə təqdim edib. Hər zaman komanda rəhbərliyindən dəstək aldığını bildirən 51 yaşlı çalışdırıcı işinin öhdəsindən gələ bilmədiyi üçün cənub klubundan getmək qərarına gəlib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=316734

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR