Göyərtəsində 162 nəfər olan İndoneziya təyyarəsi qəzaya uğrayıb

Göyərtəsində 162 nəfər olan İndoneziya təyyarəsi qəzaya uğrayıb
12:12 28 Dekabr 2014
128 Dünya
Ölkə mətbuatı
A- A+

[ 28 Dekabr 2014 12:08 ]

Bakı – APA. İndoneziyaya məxsus sərnişin təyyarəsi Sumatra adasının şərq sahillərində radarlardan itib. APA-nın məlumatına görə, təyyarənin İndoneziya sahillərində dənizə düşdüyü ehtimal edilir.

Lakin İndoneziya Nəqliyyat Nazirliyi təyyarənin sərnişinlərinin həlak olduğu barədə hələlik rəsmi açıqlama verməkdən çəkinirlər.

 

“Bu saata təyyarə ilə əlaqənin itməsindən başqa hər hansı məlumatı təsdiqləmək üçün əlimizdə əsas yoxdur”, - İndoneziya Nəqliyyat Nazirliyinin Hava Nəqliyyat İdarəsinin baş direktoru Coko Murcatmo bildirib.

 

İndoneziya Nəqliyyat Nazirliyində qeyd ediblər ki, təyyarə ilə əlaqə 6 saat əvvəl kəsilib və hazırda hava gəmisinin havada olmadığı dəqiqidir.

 

“AirAsia” aviaşirkətinə məxsus “Airbus A312” təyyarəsi İndoneziyanın Surabay şəhərindən Sinqapura uçurmuş.

 

Təyyarədə 17-si uşaq olmaqla, 155 sərnişin və 7 ekipaj üzvü olub. Artıq təyyarənin düşdüyü ehtimal edilən ərazidə axtarış-xilastmə işlərinə başlanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR