Əvvəlcə polisi, sonra özünü güllələdi

Əvvəlcə polisi, sonra özünü güllələdi
12:29 28 Dekabr 2014
57 Dünya
Ölkə mətbuatı
A- A+

Arizona ştatının Flaqstaff şəhərində kişi polis zabitini, sonra isə özünü güllələyib.

 

APA-nın “CBS News”-a istinadən verdiyi məlumata görə, 24 yaşlı polis əməkdaşı Tayler Stüart (Tyler Jacob Stewart) çağırışla yaşayış evinə gəlib. O, evdə zorakılıq əməlləri törətməkdə şübhəli bilinən, Preskott şəhərinin sakini, 28 yaşlı Robert Smiti (Robert W. Smith) zərərsizləşdirmək istəyərkən qətlə yetirilib.

 

Məlumata görə, R. Smitt polis zabitinə bir neçə dəfə atəş açıb, sonra isə özünü vurub.

 

Ağır vəziyyətdə olan T. Stüart xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR