Köçəryan özünü biabır etdi

Köçəryan özünü biabır etdi
12:31 28 Dekabr 2014
91 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan özünü axmaq vəziyyətinə salacaq bəyanatla çıxış edib. ANS PRESS-in məlumatına görə, o, dünənki müsahibəsində Azərbaycan və ölkəsi arasında sülh razılaşmasının hələ də əldə olunmamasında ölkəmizi günahlandırıb.

"Azərbaycan əgər Madrid prinsipləri əsasında sülh razılaşmasını tezləşdirmək istəyirsə, Dağlıq Qarabağ Respublikasını tanımalıdır" - deyə Ş.Köçəryan müsahibəsində bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi onun bu sayıqlamasını şərh etmək istəmədi. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən açıqlamada belə deyilir: "Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan dünənki açıqlaması ilə Madrid prinsiplərindən və danışıqların gedişindən tam xəbərsiz olduğunu bir daha sübut edir. Görünür ki, Madrid prinsiplərinin yalnız adını həmsədrlərin açıqlamalarından eşitmişdir. Onun dedikləri hər hansı şərhə layiq deyil."


Madrid prinsipləri - Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modelidir. Madrid prinsipləri münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 6 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR