Lənkəranda maskalı şəxslər supermarketi qarət edib

12:32 28 Dekabr 2014
65 Digər
Ölkə mətbuatı
A- A+

[ 28 Dekabr 2014 12:30 ]

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda oğurluq hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının rayonun Şilavar kəndi ərazisindən keçən hissəsində yerləşən “Panda” supermarketində qeydə alınıb.

 

İki maskalı şəxs ticarət obyektinin qapısını sındırmaqla içəri daxil olub, oradan 130 manat nağd pul, mobil telefon sim kartları və 10 blok siqaret - ümumilikdə 3000 manatlıq malı götürərək qaçıblar. Oğruların hərəkətləri supermarketdə quraşdırılmış nəzarət kamerasına düşüb.  

 

Hadisə barədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilib. Hazırda oğurluq edən şəxslərin tapılaraq istintaqa cəlb olunması istiqamətində iş aparılır.

 

Qeyd edək ki, “Panda” supermarketində bir müddət əvvəl də oğurluq hadisəsi baş verib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367540

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR